AYTƏN TUNAY Qurbanova : QIRMIZI KÖYNƏKLİ QIZ

“Qırmızı köynəkli qız”

Aytən Tunay

Balaca Gülay güzgünün qabağında özünə baxaraq gülümsəyirdi. Axı onun valideynləri onu çox sevirdi. Anasının hördüyü saçları səliqə ilə lentlə bağlanmışdı. Özünü nağıl qəhrəmanı kimi hiss edirdi.

Birdən Gülay gözləri doldu, o, gülümsəyən yanağından axan yaşı silib, səsə tərəf boylandı. Qapınının cəftəsini yavaş açıb zala doğru keçdi. Divanda onun çox sevdiyi qırmızı rəngli toxunma köynəyi nənəsinin əlində idi. Gülay sevincli halda nənəsinə baxıb:                                                                       – Nənəə.. mən bu köynəyim axtarırdım, çoxdandır.

Nənə köynəyin ilmələrini sığallayıb gülümsdi: 

 – Gülay, qızım, sən mənə bir stəkan su gətir, mən sənə danışacam.

Gülay, cəld yüyürüb nənəsinə su gətirdi. Nənə bir qurtum sudan içib asta səslə dedi:                            

– Həə, gözəl qızım. Bu köynək mənə anamdan yadigardı. Çox əziz xatirədi. Sənin beş yaşın olanda bu qızılgülləri Öz əllərimlə toxuyub köynəyin üstünə tikmişdim. Bu köynəkdə hər ilmə Mənim üçün çox dəyərlidi. Dünən onu sənin masanda yerdə görəndə götürdüm. Bu köynəyi yaxşı saxla, səliqəli geyin.

Gülay yanağı qızarmış, utanaraq:                            

– Yaxşı nənə, bir də yerə atmaram, bağışla məni.

Nənə gülümsəyərək onun saçlarını oxşadı.                  

– Sən yaxşı qızsan, Gülay. Amma, həmişə sevdiklərinin xatirələrini, qədrini bilmək lazımdır.

Elə həmin an Gülay yuxudan ayıldı. Bir anlıq onu nənəsinin səsini hələ də eşidirmiş kimi oldu. Gülay əlində qırmızı köməyi bərk – bərk qucaqlamışdı.

Qapı astadan aralandı. Atası otağa girib  qırmızı köynəyi Gülayın əlində görüb, onu qucaqladı.

Gülay o an öz-özünə gülümsəyib:                      

 – Ata… bugün nənənin məzarını ziyarət edək.

Atası Gülayın yanağından öpüb:

-Yaxşı, mənim şəhzadəm səhər yeməyini ye, sonra birlikdə gedirik.

 Gülay atasını qucaqlayıb, bir anlıq dayanıb, sonra astadan pıçıldadı :

-Ata… səni sevirəm.

Atası Gülayı alnından öpüb, bağrına basdı. Gülay atasının isti qucağında başa düşdü ki, ən böyük xoşbəxtlik sevilmək və onların xatirəsini ürəyində yaşatmaqdı.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir