Pərvanə Mehmanlı
“MƏN ŞƏHİDLƏRİN BACISIYAM”
Mən Şəhidimin bacısıyam,
Üç min şəhid bacısıyam.
Bir damla köməkçün,
dərdli ürəklərə məlhəmçün
Bir ananın göz yaşını silməkçün
Balasını yaşatmaqcün can atıram
Bir şəhidin yarısını, yarım qalan həyatını,
Yazmaqcün pay oluram
Şəhidlərin həyatını, sevgi dolu arzuları,
yazmaqçün şərəf duydum
Tarix yazan şəhidimin adlarını yazmaqcün
qələmimdən güc istədim.
Şəhidimin hər birinin adlarına,
nakam qalan yarlarına,
Heç çatmayan arzulara Tanrımçün hey dilədim
Yazmağımçün güc istədim, ruh istədim
can istədim
Adlarını yașatmaqcün vaxt istədim.
Mən Şəhidimin bacıyam,
üç min şəhid bacısıyam
Fəxrlə mən öyünürəm
Qürurla mən yaşayıram
tarix yazan şədidlərin bacısıyam.
