TALEH BABAYEV:SƏSSİZLİK….OLAYDI

SƏSSİZLİK

Dolaşır beynimdə cavabsız sual,

Zamanmı dəyişdi, bizmi dəyişdik?

Geriyə boylanıb baxanda dərhal,

Görürəm nə qədər uzaq getmişik.

Hərdən bir təsəlli axtarır insan,

Köhnə bir nəğmədə, köhnə bir şəkildə.

Bəzən ən doğma, ən əziz kəsdən,

Uzaqda qalırıq biz bu şəkildə.

Yenə də eybi yox, sağ olsun xəyal,

Səni mənə gətirir, hər gecə yarı.

Özünlə apardın o saf gəncliyi,

Mənə isə saxladın, bu duyğuları.

OLAYDI

İllər necə keçdi, xəbər bilmədim,

Gözümün yaşını, bir an silmədim,

Bu fani dünyada bir gün gülmədim,

Mənim o uşaqlıq, çağım olaydı.

Könlümdə arzular, xəyallar qaldı,

Fələk də bəxtimi əlimdən aldı,

Həsrət ürəyimə, böyük dağ saldı,

Köhnə həyətimiz, bağım olaydı.

Geriyə dönəydi o gözəl illər,

Yenə danışaydı şirin o dillər,

Könlümdən keçəni duyaydı ellər,

Kaş bu böyük adam, uşaq olaydı.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir