RÖPORTAJ: Reyhan Yusif (Şıhlı)
1-Eser sahibi kimdir? Sizi yakından tanıyabilir miyiz? Reyhan Yusif (Şıhlı). Noyabr ayında, çiskinli bir gündə doğulmuşam. Atam riyaziyyatçı, anam rus dili müəllimi idi. İlk müəllimlərim elə valideynlərim olub. Bakı Dövlət Universitetində riyaziyyatın yeni sahələrini, texnologiyalarla bağlı nəzəriyyələri tədris edirəm. Yüzlərlə, minlərlə tələbə qarşısında mühazirələr oxumuşam. Müəllim, eyni zamanda yazaram. İxtisasım bədii yaradıcılığıma bilavasitə təsir edir. Elmi-kütləvi kitablar, elmi-fantastika janrında əsərlər yazmaq üçün kifayət qədər bilik bazamın olmasından istifadə edirəm. Həm uşaqlar, həm də gənclər üçün ən müxtəlif mövzularda və janrlarda əsərlərim var. 2-Yazarlığa adım atmanızda ki asıl kırılma noktası ne oldu? Uşaq ədəbiyyatına başlamağıma səbəb qızlarım oldu. Onlar lap kiçik…
