Şahin Zeynalov:O beş günümdə
O beş günümdəDünya beş gündürsə, o beş günümdəİstərəm ki, baxım gözünə sənin .Qoy keçsin yanında bütün ömrüm də,Bənd olum hər şirin sözünə sənin.Çəkməyək heç zaman kədəri, qəmi,Sənlə olur dünya cənnət aləmi.Uzaq olsun bizdən ayrılıq dəmi,Baxım doya-doya üzünə sənin.Bir ömür əlimdə qalsın əllərin,Mənə xoşbəxtlikdir varlığın sənin.Nə yollar çəkirsə tale, qismətin,Düşsün hər addımım izinə sənin.Aylar, illər ötüb keçsə də belə,Qoymaram baharın qışa çevrilə.Neçə şeir yazsam, gəlsəm də dilə,Çatmaz gözəllikdə özünə sənin.
